İNŞAATÇILAR VƏ 20 YANVAR METROLARINA PİYADA MƏSAFƏDƏ – 160 KV.M GENİŞ VƏ KOMFORTLU 4 OTAQLI MƏNZİL!
Yasamal rayonunun ən əlverişli ərazilərindən birində, Abbas Mirzə Şərifzadə küçəsində, geniş yaşayış sahəsi və funksional planlaşdırılması ilə seçilən möhtəşəm mənzil satışa təqdim olunur.
Ailəsinin rahatlığını düşünən, geniş və komfortlu yaşayışa üstünlük verən alıcılar üçün xüsusi təklifdir. Mənzil 5 otaqdan 4 otağa uğurla düzəldilərək daha geniş və fərah yaşayış mühiti yaradılmışdır.
Mənzilin əsas üstünlükləri:
Ümumi sahə: 160 kv.m
Geniş və işıqlı otaqlar
Təxminən 25 kv.m qonaq otağı
2 sanitar qovşağı
2 böyük eyvan
Hər otaqda kondisioner
İsti döşəmə sistem
İtaliya istehsalı Immergas kombi sistemi
Əlavə Ariston su qızdırıcısı
Giriş hissəsində interyerə xüsusi görünüş verən dekorativ kamin
Eyvanlardan birində qaz və su xətti
Qaz, su və işıq daimidir
Binanın üstünlükləri:
Qapalı və mühafizə olunan geniş həyət
24 saat canlı mühafizə və videomüşahidə sistemi
3 sürətli lift
Yeraltı avtomobil qarajı
Uşaqlar üçün oyun meydançası
Kodlu giriş sistemi
Fərdi generator sistemi
Böyük su rezervuarı
Ərazi və infrastruktur:
Bina nəqliyyat və sosial infrastruktur baxımından olduqca əlverişli mövqedə yerləşir. Hər iki metro stansiyasına piyada rahatlıqla getmək mümkündür.
Yaxınlıqda 2 nömrəli Bakı Baza Tibb Kolleci, 52 nömrəli tam orta məktəb, uşaq bağçaları, supermarketlər, mağazalar, restoranlar, kafelər və bütün zəruri iaşə obyektləri mövcuddur.
Geniş yaşayış sahəsi, müasir texniki imkanlar, təhlükəsiz həyət və əlverişli lokasiyanı bir arada axtaran ailələr üçün ideal seçimdir!
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Ofis haqqı: 1% alıcı tərəfindən