NƏRİMANOV METROSUNA YAXIN 3 OTAQLI ƏŞYALI MƏNZİL KİRAYƏ VERİLİR
Nərimanov rayonunda, Nərimanov metrosuna cəmi 5-10 dəqiqəlik piyada məsafədə, Azinko binalarının yaxınlığında yerləşən 3 otaqlı mənzil kirayə verilir.
Mənzil 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Orta təmirli, səliqəli və rahat yaşayış üçün əlverişlidir. Mənzilin ümumi vəziyyəti yaxşıdır, sadəcə təmizlik işləri aparılmalıdır. Şəkillər köhnədir, mənzilin hazırkı şəraiti daha yaxşıdır.
Mənzil əşyalıdır. Su, qaz və işıq daimidir. Mərkəzi istilik sistemi və 2 kondisioner mövcuddur.
Ərazidə marketlər, apteklər, restoranlar, məktəblər, uşaq bağçaları, kurslar, gözəllik salonları, tibb müəssisələri və digər zəruri obyektlər yerləşir.
Mənzil ailələrə və tələbə qızlara (yanlarında böyük şəxs qalmaq şərti ilə) verilir.
Uzunmüddətli kirayə nəzərdə tutulur.
XİDMƏT HAQQI: 30%